Əlaqə Arxiv
news Image
2013.01.07
12:20
| A A A
Çin okeanda genişmiqyaslı hərbi təlimlər keçirib
Çin ordusu Cənubi Çin dənizində hərbi təlimlər keçirib

Çin ordusu Cənubi Çin dənizində hərbi təlimlər keçirib. "Müharibə oyunlarına" hərbi dəniz donanması və hava qüvvələri cəlb olunub.

Təlim proqramına görə, dənizdəki hədəfə doğru uçan yeni bombardman təyyarələri, "düşmənin" güclü elektro-magnit müdaxiləsi ilə üzləşib və bu hava qüvvələrinin radar sistemində pozuntulara səbəb olub.

Habelə hava qüvvələri tezliklə əks-müdaxilə tədbirləri görərək, uğurlu şəkildə düşmənin blokada taktikasını alt-üst edib.

Daha sonra hərbi təyyarələr dəniz üzərində aşağı hündürlüklərdə uçaraq qondarma hədəfləri məhv edib. Təlimlər zamanı həqiqi ballistik raketlərdən istifadə olunub.

Sizin Reklam Yeriniz