Əlaqə Arxiv
news Image
2013.01.07
17:43
| A A A
Vətəndaşlıq gözləyənlər ciddi problem yaşayırlar

Movqe.Az bildirir ki, İspan vətəndaşlığına keçmək üçün müraciət edən təxminən yarım milyon insan problemlə üzləşib. Ailəsinə qovuşmaq, təqaüd müraciəti etmək və ya Avropaya səyahət etmək istəyən 466 min adam bir cavab ala bilmək üçün aylarla və hətta illərlə gözləmək məcburiyyətində qalır. Vəziyyətin fərqinə varan İspaniya Ədalət naziri Alberto Ruiz-Qallardo, keçən oktyabr ayında 31 dekabr tarixinə qədər həll edəcəyinə söz vermiş olsa da bunun ancaq problemin yalnız yarısı həll olunub. Ədalət Nazirliyi katib müavini Xuan Bravo isə əməliyyatların ancaq yaza qədər bitəcəyini qeyd edərək, ondan sonra rəqəmsal sistemə keçəcəklərini və beləcə yeni şikayət və təkliflərə 6 ay ilə 1 il arasında cavab veriləcəyini söyləyib. Hər il 150 min adamın vətəndaşlıq üçün müraciət etdiyi İspaniyada bürokratik qarışıqlıq davam edir. 2011-ci ildə müraciət edənlərə vətəndaşlıq verilməsinə baxmayaraq, 2008-ci ildə müraciət edənlərin hələ də cavab ala bilmədiyi söylənilir. Bundan əlavə, təhsil də daxil olmaqla qısa davamlı oturum əməliyyatlarında da İspaniya bürokratiyası insanları bezdirib. Belə ki, bir illik təhsil üçün gələnlər oturum kartına müraciət etdikləri zaman bir il sonrası üçün qeydiyyat alırlar. Daxil edilən kartın sahibləri isə kartı yeniləyənə qədər yeni kartın müddəti də az qala dolmaq üzrə olur və bir neçə ay sonra yenidən eyni əməliyyatları təkrarlamaq məcburiyyətində qalırlar. 

Sizin Reklam Yeriniz