Əlaqə Arxiv
news Image
2013.01.08
14:55
| A A A
Səhiyyə xidməti bahadır

Movqe.az xəbər verir ki, Çindəki səhiyyə xidmətlərinin alınan bütün tədbirlərə baxmayaraq hələ də çox bahalı olduğu açıqlanıb. Çin Səhiyyə naziri Çen Çu bu problemin hələ həll edilmədiyini və 2015-ci ilə qədər, vətəndaşların özlərinin qarşılayacaqları sağlamlıq xərcinin 30 faizə salınması məqsədi ilə, müayinə və dərman xərclərinin azaldılması lazım olduğunu bildirib. Nazir Çen bu hədəfə çatmaq üçün ən kritik problemin sağlamlıq zəmanət sistemindən başqa dərman və texnikaların istifadə edilməsinin ciddi şəkildə məhdudlaşdırılması olduğunu və beləliklə müayinə probleminin həll edilə biləcəyini ifadə edib. Pekində 2013-cü il Milli Səhiyyə İşləri Yığıncağında danışan Çen, "Son illərdə müxtəlif tədbirlər alınmasına baxmayaraq, sağlamlıq xərcləri və 1 nəfərə düşən müayinə xərclərindəki artım meyli dəyişdirilə bilər. Sağlamlıq islahatının nəticəsin kimi bu problemin tezliklə həll edilməsi lazımdır" deyib.

Sizin Reklam Yeriniz