Əlaqə Arxiv
news Image
2013.01.08
17:17
| A A A
İşsizlikdə rekord qırdılar
Movqe.Az bildirir ki, İqtisadi böhranla mübarizədə 3 ili geridə qoyan Avropa Birliyində işsizlik problemi həll oluna bilmir. Avropa Birliyi Statistika Təşkilatı Eurostat-ın məlumatlarına görə, 2012-ci il noyabr ayında işsizlik sayı yeni hesabla 11,8 faizi göstərərək yenidən rekord qırıb. Əvvəlki hesabla isə 11,7 faiz idi. 12 ayda təxminən iki milyon insanın işsiz qaldığı Avropa bölgəsində ümumi olaraq 19 milyon işsiz var. Birlik daxilində isə bu rəqəmlər 26 milyonu təşkil edir. Son məlumatlarda, Avropa Birliyinin 27 üzvündən, avro bölgəsində yer alan 17-sinin digər 10-u arasındakı işsizlik uçurumunun gedərək açıldığı bildirilir. Avro bölgəsində, işsizliyin ən dərin olduğu ölkə, 26,6 faizlə İspaniyadır. Onu 20 fazilə Yunanıstan təqib edir. Daha sonra gələn iki ölkə isə Portuqaliya və İrlandiyadır. Bu ölkələr gənc işsizlik rəqəmlərində də ön sıralardadır. Belə ki, İspaniya ilə Yunanıstanda gənc işsizlik 57 faizi təşkil edir. İşsizliyin ən aşağı olduğu ölkələr Avstriya, Almaniya və Hollandiyadır. Baltik ölkələrindən Estoniya, Latviya və Litva son bir ildə işsizliyin ən çox azaldığı üç üzvdür. Hər nə qədər İspaniya, 2012-ci ilin dekabrından  işsizlik probleminin aradan qaldıracağını açıqlasa da, Avropa Komissiyası başçısı Jose Manual Barroso da ən pisin geridə qaldığı şərhini etsə də, bu rəqəmlər birlik içində ictimai narahatlığı daha da qızışdırır. Təhlükənin ən ciddi olaraq İspaniya, Yunanıstan, Portuqaliya və Kipr Respublikasında görüldüyü bildirilir. İrlandiyada işsizliyin azalması isə müsbət bir istisna olaraq xarakterizə edilir.
Sizin Reklam Yeriniz