Əlaqə Arxiv
news Image
2013.01.09
15:41
| A A A
Yaponiyada halal restoranların sayı artıb

Movqe.az xəbər verir ki, dünyaya təsir edən iqtisadi böhran və Yaponiyadakı daxili tələbatın düşməsi səbəbiylə Yapon firmaları 632 milyard dollarlıq halal qida bazarına da müraciət edib. Yapon restoranları müsəlman turistlərə halal qida təqdim etməyə başlayır,  halal bazara sərmayə qoyur. Bundan əlavə halal sertifikat təqdim edən təşkilatların sayı da artıb. Müsəlman ölkələrin rifah səviyyəsi son illərdə artıb. Belə ki, müsəlmanların turist olaraq başqa ölkələrə də səfərləri artıb. Cənubi Asiyadakı Müsəlman əhalinin, məşhur ziyarət yerlərinin ilk sıralarında Yaponiya gəlir. Qlobal iqtisadi böhranın bazarda gətirib çıxardığı problemlərlə birlikdə Yaponların restoranlarına olan tələbatının düşməsi firmaları bu yeni bazara yönəldib. Yaponiyada halal sertifikatı verən Malayziya Halal adlı şirkət, son 2 ildir fəaliyyət göstərməsinə baxmayaraq ölkə daxilində 8 restorana və 6 otelə halal sertifikatı verdiyini qeyd edib. Şirkətin rəhbəri Akmal Əbu Həsən Yapon restoranlarının əvvəldən halal qidaya xoş baxmadığını, lakin bunun dəyişməyə başladığını vurğulayıb.

Sizin Reklam Yeriniz