Əlaqə Arxiv
news Image
2013.01.11
15:24
| A A A
Uşaqsız ailələrdən vergi alınacaq?
Movqe.az xəbər verir ki, Rusiya Pravoslav Kilsəsi yüksək vəzifə rəsmilərindən olan Dmitri Smirnov uşağı olmayan ailələrdən vergi alınmasını təklif edib. Kilsənin ordu və təhlükəsizlik vəzifəliləriylə əməkdaşlıq edən Smirnov alınacaq verginin yetim uşaqları övladlığa götürən ailələrə yardım olaraq köçürülməsini də təklif edib.

Rusiyanın səsi radiosuna şərh verən kilsə rəsmisi, "Uşağı olmayan və ya az uşağı olanlardan vergi alınmasını təklif etdim. Əgər ailənin çox imkanı yoxdursa, belə vəziyyətdə kiçik bir vergi ödənilməlidir. Bu vergidən əldə edilən pullar isə yetimləri övladlıq götürən ailələrə dəstək məqsədi ilə veriləcək. Amerikanı  nümunə göstərən Smirnov, "Niyə Amerikada uşaqlar övladlığa götürülür? Çünki, dövlət uşaqları doyuzdurmaq və kasıb yaşamamaları üçün kifayət dərəcədə dəstək verir." deyib.


Sizin Reklam Yeriniz