Əlaqə Arxiv
news Image
2013.01.11
16:05
| A A A
Təcavüz hadisələri "BBC"-nin binasında olub?

Movqe.az xəbər verir ki,  BBC-nin ötən il başını çox ağrıdan uşaq tacizi xəbəriylə əlaqədar detallı hesabat bu gün ictimaiyyətə açıqlanıb. Hesabata görə tanınmış aparıcı Cimi Savilenin təcavüz etdiyi uşaqlar arasında səkkiz yaşı olanlar belə var. Polis və uşaq qoruma səlahiyyətlilərinin ortaq çalışması nəticəsində hazırlanan hesabatda, Savilenin məhşurluğunu istifadə edərək "hər kəsin gözünün qarşısında gizlənməyi" bacardığı , əslində isə haqqında istintaq açıla biləcəyi deyilib. Hesabata görə 1995-2009 illər arasında baş verən hücumların əksəriyyətinin fürsətçi cinsi hücumlar olduğu, Savile tərəfindən manipulyasiya edilən hallarda ortaya çıxdığı və zaman Savilenin təcavüzü əvvəldən planladığı da aşkar edilib. İngiltərədə 1970-ci və 1980-ci illərdə ən tanınmış televiziya aparıcıları arasında olan Savile haqqında cəmi 450 nəfər dəlillər təqdim edib. Polis təkcə İngiltərə daxilində cəmi 28 polis şöbəsinə 214 hadisə yazıldığını bildirib. Dəlil təqdim edənlərdən bəziləri BBC-yə aid binalarda təcavüzə uğradıqlarını iddia edib. Savile 2011-ci ilin oktyabrında 84 yaşındaykən vəfat etmişdi.

Sizin Reklam Yeriniz