Əlaqə Arxiv
news Image
2013.01.14
15:32
| A A A
Çin xalqı maskasız çölə çıxa bilmir

Movqe.Az bildirir ki, Çinin paytaxt Pekin başda olmaqla Hibey, Hinan, Şandonq və Quanqşi əyalətlərində son zamanların ən yüksək hava çirkliliyi yaşandığı qeyd edilib. Çində çirkli havanın səbəb olduğu sıx sis səbəbiylə yollarda son iki gündə təxminən 70 yol qəzası baş verib. Xüsusilə allergiyası olanlar və astma xəstələrinin mənfi təsirləndiyi bildirilərkən, Pekin, Cinan, Şıciacuanq və Nanninq kimi çirkliliyin sıx olduğu böyük şəhərlərdə tənəffüs yolları narahatlığı şikayətiylə xəstəxanaya gedənlərdə səkkiz qat artım görüldüyü vurğulanıb. Turşu, qələvi, amin və fenol kimi zərərli maddələrin sıx olduğu çirkli havada, farengit və nəfəs borusu iltihabı kimi allergik xəstəliklərin atdığı bildirilir. Hava çirkliliyi ilə əlaqədar məlumatlar yayımlayan Pekin bələdiyyəsinin internet saytında "xalqın bacardığı qədər çölə çıxmaması'' tövsiyə edilir. Çirkli havanın sabahdan etibarən azalmağa başlayacağı gözlənilir, lakin xalqın qorunmaq üçün maska ​​istifadə etdiyi müşahidə edilir. Dünyanın ikinci böyük iqtisadiyyatı və istehsal dinamosu olan Çində sürətli sənayeləşmə, enerjidə kömür istifadə və avtomobil sayının artması kimi səbəblər hava çirkliliyini artırır.

Sizin Reklam Yeriniz