Əlaqə Arxiv
news Image
2013.01.14
15:40
| A A A
Almaniya əhalisinin sayı artıb
Movqe.az xəbər verir ki, Almaniyanın əhalisinin sayı ötən il artıb. Federal Statistika Dairəsindən edilən şərhə görə, ötən il ölənlərin sayı daha çox olub. Belə ki, doğulan körpələrin sayı 680 min olduğu halda, ölənlərin sayı 880 min olaraq qeydə alınıb. Lakin ölkəyə gələn immiqrantların sayı artdıqca Almaniyanın əhalisinin sayı da artır. Xüsusilə Şərqi Avropa iqtisadi böhran yaşanan Cənubi Avropa ölkələrindən gələn immiqrantların rolu daha böyük olub. Statistikaya görə, 2012-cu ilin əvvəlində ölkədəki əhali 81 milyon 800 min olaraq qeydə keçib, ilin sonunda bu ədədin 82 milyon olduğu bildirilib. Bu da deməyə əsas verir ki,  Almaniya əhalisi ötən illərdən fərqli olaraq son iki ildə daha çox artıb.
Sizin Reklam Yeriniz