Əlaqə Arxiv
news Image
2013.01.15
11:17
| A A A
Azərbaycan-Türkiyə arasında yeni dəmiryol xətti inşa olunacaq
Azərbaycan-Türkiyə sərhədindən Türkiyənin Qars şəhərinədək yeni dəmiryol xəttinin tikintisi Bakı-Tbilisi-Qars dəmiryol əlaqəsinin yaradılmasından sonra başlaya bilər. Bu barədə bazar ertəsi Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib. Onun sözlərinə görə, hazırda Naxçıvan Muxtar Respublikası ilə Qarsı birləşdirəcək yeni dəmiryol layihəsi üzərində iş aparılır. "Yeni dəmiryol layihəsi çox güman ki, Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi başa çatdıqdan sonra həyata keçiriləcək", - Əzməmmədov deyib.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmiryolu 2014-cü ildə istismara veriləcək.
Sizin Reklam Yeriniz