Əlaqə Arxiv
news Image
2013.01.18
10:39
| A A A
“Sultan Süleyman” Ərdoğana cavab verdi
Türkiyənin telekanallarından birində nümayiş olunan "Muhteşem Yüzyıl" (Möhtəşəm Əsr) serialında Qanuni Sultan Süleyman obrazını canlandıran aktyor Halit Ergenç baş nazir Rəcəb Tayyib Ərdoğanın tənqidlərinə cavab verib. Bu, bəzi serialların prodüsser və aktyorlarına mükafatın verildiyi tədbirdə baş verib. Serialın öz sahəsində ilk olduğunu deyən aktyor Ergenç burda bəzi səhvlərin normal olduğunu və bunun təbii qarşılanmalı olduğunu bildirib.

"Mənim bir arzum var. Kaş ki, bizim film cümhuriyyət və Osmanlı barədə hazırlanmış bir çox film və serialdan sonra çəkilsəydi. Biz bilirik ki, bir layihə öz sahəsində ilkdirsə bunun biz olduğunu demirik. Təbii ki, başqa layihələr də var. Amma bu qədər uğur qazanmış bir layihənin tənqid edilməsi, hətta bəzən hücumlara məruz qalması bizim istədiyim hədəfə çatdığımızı göstərir".

Çıxışına davam edən Halit Ergenç heç bir tele-serialda senedli film kimi insanlara dərs vermək məcburiyyəti olmadığını deyib. "Teleserialda əslində sənədli film kimi insanlara ders vermek mecburiyyəti olmamalıdır. Amma tamaşaçılarda suallar yaradaraq onları bir-birləri ilə fikir mübadiləsi aparmağa və tarixi həqiqətləri öyrənməyə yönləndirməlidir. Ümid edirəm ki, bizdən sonra daha yaxşısını hazırlayacaq insanlar bizim başımıza gələnləri yaşamaz, ölkədə və xaricdə daha böyük uğurlar əldə edərlər".
Sizin Reklam Yeriniz