Əlaqə Arxiv
news Image
2013.01.18
12:10
| A A A
Əsgərimizin həyatı xilas edildi Ötən gün Bakıda güllələnən əsgər 18 yaşlı Sübhan Mahmudlunun vəziyyəti stabildir. Bu barədə əsgərin müalicə aldığı 3 saylı Sabunçu Xəstəxanasından ANS PRESS-ə bildirilib. Əsgər dünən əməliyyat olunub və bədənindəki güllə çıxarılıb."Onun əməliyyat olunması üçün qan çıtışmırdı. Sonradan KİV-də və sosial şəbəkələrdə yayılmış xəbərlərdən sonra xəstəxanaya qan vermək üçün çoxl insanlar gəlmişdi. Əsgərə qan verildi və onun həyatı xilas olundu. Buna göə, hər kəsə minnətdarıq", - deyə Sübhan Mahmudluya xidmət edən tibb bacısı bildirib. Xatırladaq ki, dünən Şüvəlan qəsəbəsi ərazisində N saylı hərbi hissədə xidmət çəkən 18 yaşlı Sübhan Mahmudlu güllələnmişdi. Yaralı dərhal 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilmişdi. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Sizin Reklam Yeriniz