Əlaqə Arxiv
news Image
2013.01.18
14:56
| A A A
Avstraliya tarixinin ən isti gününü yaşadı

Movqe.Az bildirir ki, Avstraliyanın Sidney şəhəri 45.8 dərəcə ilə tarixinin ən isti gününü yaşayıb. Meteorologiya mütəxəssisi Dik Viteyker, Sidneydə ən son 1939-cu ildə 45.3 dərəcə isti görüldüyünü, ancaq son ölçülən temperaturun şəhər üçün tarixi bir rekord olduğunu açıqlayıb. Yay mövsümünü yaşayan Avstraliyanın böyük bir hissəsində son bir neçə həftədə həddindən artıq istilərə görə bir çox meşə yanğını baş verib və böyük zərərə görüb. Ölkədə, ən yüksək istiliyin 1960-cı ildə ölkənin cənubunda yerləşən Oodnadatta şəhərində 50.7 dərəcə ilə yaşandığı söylənilir.


Sizin Reklam Yeriniz