Əlaqə Arxiv
news Image
2013.01.18
17:12
| A A A
7 yaşlı uşaq məktəbə silahla gəlib
Movqe.Az bildirir ki, ABŞ-ın Nyu York şəhərinin Kuins bölgəsində, ibtidai məktəbin ikinci sinif şagirdinin məktəbə silahla gəlməsi ölkədə həyəcan yaradıb. Kuinsin Fara Rokevey bölgəsindəki "Wave Preparatory" ibtidai məktəbi, Amerika ictimaiyyətini dəhşətə salan hadisədən sonra polis axınına məruz qalmaqla qısa bir müddətə bağlanılıb. Adı açıqlanmayan 7 yaşlı ibtidai məktəb şagirdinin çantasında silah olduğu şagirdin anasının məktəbə gələrək diş həkimi ilə görüşü olduğunu söyləyən zaman oğlunu məktəb xaricinə çıxarmaq istəyəndə məlum olub. Polisin və hadisəni xəbər alan şagirdlərin ailələrinin məktəbə axın etməsinə gətirib çıxaran hadisədə, 7 yaşındakı şagirdin çantasında aparılan axtarışda avtomat bir silah və bir paket içində 10 ədəd güllə tapılıb.
Sizin Reklam Yeriniz