Əlaqə Arxiv
news Image
2013.01.21
11:11
| A A A
"Made in Azerbaijan" televizorları çoxalıb
2012-ci ildə kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahəsində məhsul istehsalının həcmi 331,6 milyon manat olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki illə müqayisədə elektrik avadanlıqlarının istehsalı 1,8 dəfə artıb.

İl ərzində 190 ədəd güc transformatorları, 5,2 min ədəd məişət soyuducuları istehsal edilib, televizorların istehsalı 27,2 faiz artıb. 2013-cü il yanvarın 1-nə müəssisələrin anbarlarında 46,1 milyon manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 15,8 faizi qədər hazır məhsul ehtiyatı qalıb.
Sizin Reklam Yeriniz