Əlaqə Arxiv
news Image
2013.01.22
11:12
| A A A
Müdafiə təyinatlı məmulatların istehsal həcmi 12 faiz artıb

Ötən il 2011-ci illə müqayisədə istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi 12 faiz artıb.

Bunu Müdafiə Sənayesi Nazirliyində keçən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında çıxışı zamanı nazirYavər Camalovdeyib.
İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayının 700-ə çatdırıldığını deyən nazirin sözlərinə görə, 2012-ci ilin nəticələrinə görə istehsal olunmuş və sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2011-ci illə müqayisədə 10,3 faiz artıb.
Qeyd olunub ki, 2012-ci ildə yaradılma işləri davam etdirilib, 18 mövzu və 55 mərhələ başa çatdırılıb. Bir sıra məmulatlar silahlanmaya tövsiyə edilib.
İstehsalı mənimsənilmiş və seriyalı istehsalına başlanılmış yeni məmulatlardan yaylım atəşli reaktiv sistemini, zirehli texnikanın tırtıllarını, mühəndis texnikası üzrə elektron partlatma maşınını, fərdi əleyhqazı, aviasiya bombalarını, kollimator nişangahını, top kollimatorunu, müxtəlif minaatanları, siqnal tapançasını, zirehli texnikaların, artilleriya və atıcı silahların müxtəlif ehtiyat hissələrini göstərmək olar.

Sizin Reklam Yeriniz