Əlaqə Arxiv
news Image
2013.01.22
11:27
| A A A
Ekoloji qanunlara riayət olunmur

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2012-ci ilin 01-16 yanvar tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 61 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 3 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə, 2 iş üzrə 3400 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 3 iş üzrə 154.6 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 59 iş üzrə 24653.5 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 7, icra qruplarına isə 5 iş göndərilib.

Sizin Reklam Yeriniz