Rusiya və Gürcüstan baş nazirləri bir arada
Rusiya və Gürcüstan baş nazirləri əl sıxıblar. Dmitri Medvedev və
Bidzina İvanişvili İsveçrənin Davos şəhərində keçirilən Dünya
İqtisadi Forumunda tanış olublar. Bu, 2008-ci ilin avqustunda
Rusiya ilə Gürcüstan arasında diplomatik əlaqələrin kəsilməsindən
sonra bu səviyyədə ilk görüş olub.
Bidzina İvanişvilinin sözlərinə görə, onlar Medvedevlə cəmi bir neçə dəqiqə söhbətləşiblər, heç bir ciddi məsələni müzakirə etməyiblər.
Bununla belə, Bidzina İvanişvili bildirib ki, Rusiya rəhbərliyi ilə ünsiyyət imkanının hələ çox olacağına ümid edir. Gürcüstan baş nazirinin sözlərinə görə, onun Moskva ilə dialoqun bərpa edilməsinə dair strateji planı var.