Əlaqə Arxiv
news Image
2013.01.25
12:04
| A A A
Fransada iki Azərbaycan vətəndaşına hökm oxundu

22 yanvar 2013-cü il tarixində Fransanın qərbində yerləşən Brest şəhər cinayət məhkəməsi Türkiyənin "Ocean Jasper" gəmisinin Fransanın "Sokalique" balıqçı gəmisi ilə toqquşması barədə hökm çıxarıb.

Hadisə 17 avqust 2007-ci il tarixində Fransanın qərbində yerləşən Finister departamenti sahillərində baş verib.

Bununla yanaşı, "Ocean Jasper" yük gəmisi toqquşmadan sonra batan gəmiyə kömək etmədən hadisə yerindən qaçıb. "Sokalique" gəmisi kapitanla bərabər batıb, qalan 6 balıqçı xilas olub.

Məhkəmənin qərarına görə toqquşma 75% "Ocean Jasper"in təqsiri səbəbindən baş verib.

Gəminin kapitanı və ikinci köməkçisi - hər ikisi Azərbaycan vətəndaşı olan 63 yaşlı Rafiq Ağayev və 42 yaşlı Əziz Mirzəyev qiyabi olaraq gəmilərdə komanda vəzifələri tutmalarına ömürlük qadağa qoyulmaqla 3 və 4 il müddətinə həbs cəzasına məhkum ediliblər. Müttəhimlər məhkəmə prosesində iştirak etməyib. Onların hər ikisi gizlənir və 2011-ci ilin mayından beynəlxalq axtarışa verilib.

Sizin Reklam Yeriniz