Əlaqə Arxiv
news Image
2013.01.25
12:12
| A A A
Siqaret çəkən qadınlar üçün ölüm riski artıb

Yeni tədqiqata əsasən, indi siqaretçəkən qadınların 1960-cı illərdəki vəziyyətlə müqayisədə siqaretdən ölmək riski artıb.

Müasir qadınların siqaretə daha gənc yaşlarından aludə olması və daha çox siqaret çəkmələri belələri arasında ciyər xərcəngi xəstələyi riskinin kəskin dərəcədə artmasının əsas səbəblərindən biri sayılır.

New England Journal of Medicine dərgisinin məlumatına əsasən, siqaret çəkən qadınlar arasında ölüm əmsalı siqarət çəkən kişilər arasındakı eyni göstəriciyədək yüksəlib.

Tədqiqatın nəticələri ABŞ-da siqaret çəkən 2 milyonadək qadının müayinəsi məlumatlarına əsaslanıb.

Qadınların siqaretə ilk kütləvi aludəçiliyi 1950-60-cı illərə təsadüf edir.

Həmin illərdə siqaret çəkən qadınların çəkməyənlərə nisbətən ciyər xərçəngindən ölmək ehtimalı 3 dəfə artıq idi.

2000-2010-cu illərdə siqaret çəkənlərin tibbi müayinələrinin nəticələri onların çəkməyən qadınlara nisbətən ciyər xərçəngi xəstəliyinə tutulma riskinin 25 dəfə artıq olmasını aşkar edib.

Bu nəticə kişilər arasında aparılmış müşahidələrin nəticələrini təkrarlayır, belə ki, siqaret çəkən kişilər üçün çəkməyənlərə nisbətən ciyər xərçəngi riskinin eyni əmsalı 1980-ci illərə təsadüf etmişdi.

"Siqaret çəkən qadınların səhhəti üçün təhlükə onilliklər ərzində artmaqda davam edib, baxmayaraq ki, qadınlar əsasən yüngül və nikotin və qır faizi aşağı olan siqaret çəkir", aparılmış tədqiqatın rəhbəri doktor Michael Thun deyib.

"Beləliklə "yüngül" siqaret növləri nəinki qadınlarda ciyər xərcəngi riskinin kəskin artmasının qarşısını almır, əksinə həmin növ siqaretlər xroniki abstruktiv ciyər xəstəliyindən ölüm hallarını artırır, çünki yüngül siqaret çəkənlər öyrəşdikləri nikotin dozasını almaq üçün siqaret tüstüsünü daha dərindən udaraq nəfəslə birgə ciyərin daha dərin qatlarına çəkilrlər".

Araşdırmalara əsasən siqaret çəkən qadınlar çəkməyənlərə nisbətən ömürlərini orta hesabla 10 il qısadırlar.

Lakin, çəkməyi 30 yaşınadək tərgidənlər siqaretlə əlaqəli xəstəliklərdən ölüm riskini demək olar ki, tamamilə azaldırlar.

Siqareti 40 yaşınadək tərgidənlərin isə ömrü orta hesabla çəkməyənlərə nisbətən 1 il qısala bilər.

Oxford Universitetindən Professor Richard Peto bununla əlaqədar deyib ki, "əgər qadınlar kişilər kimi siqaret çəkirlərsə, onda onlar siqaretdən də kişilər kimi öləcəklər".


Sizin Reklam Yeriniz