Əlaqə Arxiv
news Image
2013.01.25
15:45
| A A A
Fransanı tərk edəcək yeni isim
Movqe.Az bildirir ki, Fransa prezidenti Fransua Hollandenin zənginlərin üzərinə 75 faizlik varlıq vergisi qoyacağı planı məşhur aktyor Cerard Depardeudan sonra keçmiş prezident Nikolya Sarkozinin də müğənni həyat yoldaşı Karla Bruni ilə birgə ölkəni tərk etməyə vadar edib. İngilis "Daily Mail" qəzetinin xəbərinə görə, İngiltərənin Cənubi Kensinqton şəhərinə köçməsi gözlənilən Sarkozi, 1.6 milyard dollarlıq bir sərmayə fondunu idarə edəcək. 

Xatırladaq ki, varlıq vergisi səbəbiylə ölkəni tərk edən ilk ad, 41 milyard dollarlıq sərvətiylə Fransanın bir nömrəli zəngini olan Luis Vuittonun müdiri Bernard Arnault olub və Belçika vətəndaşlığına keçib. İtalyan film ulduzu Monica Belluççi də Fransanı tərk edərək Braziliyaya köçəcəyini açıqlayıb, ancaq bu qərarın vergi ilə əlaqəsi olmadığını söyləyib.

Sizin Reklam Yeriniz