Əlaqə Arxiv
news Image
2013.01.25
16:56
| A A A
İran kanalının yayımı dayandırıldı
İspaniyadakı İran kanalının, "insan hüquqları pozuntusu" səbəbiylə nəşri dayandırılıb. Movqe.Az bildirir ki,  İspaniyanın Madrid bölgəsində yayımlanan İran televiziya kanalı Hispan TV-nin verilişləri, "insan hüquqlarını ciddi pozan şəxslərin rəhbərlikdə iştirak etdiyi" səbəbiylə dayandırılıb. Madridin Rəqəmsal Peyk Televiziyasında (TDT) keçən il bir dərnəyə aid kanalı kirayəyə götürərək İspaniyada yayımlanan Hispan TV, Avropa Birliyinin İrana qarşı sanksiyalarına ilişib. İspaniya dövləti keçən fevral ayında Hispasat peykindən yayımlanan və Latın Amerikadan da izlənilə bilən Hispan TV və ingilis kanal Press TV-yə də qadağa qoyub. İranın nüvə proqramına qarşı sanksiya tətbiq edən  AB ölkələri arasına qatılan İspaniya mərkəz hökumətinin, Madrid Regional rəhbərliyinə də bir xəbərdarlıq göndərdiyi ifadə edilir.
Sizin Reklam Yeriniz