Əlaqə Arxiv
news Image
2013.01.28
11:19
| A A A
Azərbaycanda minatəmizləmə əməliyyatlarına 12,5 milyon dollar sərf olunub

Azərbaycanda 2012-ci ildə mina və partlamamış hərbi sursatların (PHS) zərərsizləşdirilməsi əməliyyatlarına 12 milyon 506 min 241 ABŞ dolları vəsait sərf olunub.

Bu barədəAPA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bu vəsaitin 10 milyon 421 min 508 dolları Azərbaycan hökumətinin payına düşüb. Bundan başqa, ötən il BMT İnkişaf Proqramı Azərbaycanda minatəmizləmə əməliyyatlarına 300 min dollar, NATO Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu isə 1 milyon 784 min 733 dollar vəsait ayırıb.

Ötən il mina təmizləmə əməliyyatlarına xərclənmiş vəsaitin həcmi 2011-ci illə müqayisədə 1099945 dollar çox olub.

Ümumilikdə 1999-cu ildən indiyədək Azərbaycanda minatəmizləmə əməliyyatlarına 81 milyon 964 min 304 dollar vəsait sərf olunub Ki, bunun da 49 milyon 935 min 568 dollarını Azərbaycan hökumətinin ayırdığı vəsait təşkil edib.

Sizin Reklam Yeriniz