Əlaqə Arxiv
news Image
2013.01.28
11:30
| A A A
Bir qrup adam mənimlə rəhbərin arasını vurmaq istəyir

"Mənim yolum başqaları ilə fərqlidir. Mən rəhbərin xətti ilə işləyirəm. Ölkə daxilində bir qrup var ki, mənimlə rəhbərin arasını vurmaq istəyir".

Bu sözləri İranın keçmiş prezidenti, Məşvərət Şurasının sədri Ayətullah Haşimi Rafsancani deyib.

O bildirib ki, ölkənin ali rəhbəri Ayətullah Xameneyi ilə heç bir problemi yoxdur və onlar bütün məsələləri rahat müzakirə edirlər. 

O deyib: "Parlament seçkilərindən öncə rəhbərlə görüşdüm və ixtilafların çox olmasından narahatlığımı bildirdim. Ayətullah Xameneyi bildirdi ki, əgər bilsəm ki, parlamentin yarıdan çoxu mənə müxalifdir, yenə da ölkəni heç bir təhlükə gozləmir".

Ayətullah Haşimi Rəfsəncani prezident seçkilərində ehtimal olunan iştirakı barədə də danışıb:"Əgər məndən başqa bu işə layiq bir adamın olmadığını bilsəydim, iştirak edərdim".

Sizin Reklam Yeriniz