Əlaqə Arxiv
news Image
2013.01.28
12:01
| A A A
Azərbaycanın istehsal etdiyi tapançalar tabel silahı kimi istifadə olunur
Ötən il Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) "İqlim" zavodunda Türkiyənin TİSAŞ şirkəti ilə birgə 1600 ədəd tapança istehsal edilib. Bu barədə APA-ya açıqlamasında TİSAŞ şirkətinin İdarə Heyətinin sədri Əhməd Aləmdaroğlu məlumat verib.

Ə. Aləmdaroğlunun sözlərinə görə, istehsal edilmiş tapançalar plan üzrə sifarişçilərə təhvil verilib: "Artıq bu tapançalar Azərbaycan Silahlı Qüvvələrində tabel silahı olaraq qəbul edilib. Tapançalar keyfiyyətinə və atış ömrünə görə Türkiyə Silahlı Qüvvələrində istifadə olunan modellərimizlə eynidir".

Şirkət rəhbərinin sözlərinə görə, Bakıda hazırda 3 model – "İnam", "Zəfər" və "Zəfər-K" adlı tapançalar istehsal edilir. Azərbaycan tərəfində artıq tapançaların istehsalı təcrübəsi formalaşıb.
Sizin Reklam Yeriniz