Əlaqə Arxiv
news Image
2013.01.29
11:01
| A A A
Misirdə toqquşma qurbanlarının sayı 42 nəfərə çatıb

Misirin Port-Səid şəhərindəki qarşıdurmada ölənlərin sayı 42 nəfərə çatıb.

Bu barədətibb dairələrindəki mənbədən məlumat bildirilib.Polisin məlumatına görə, Port-Səiddə polislə nümayiş iştirakçıları arasındakı toqquşmada 1 000-dən çox insan xəsarət alıb.

Xatırladaq ki, artıq üçüncü gündür ki, Misirdə nümayişçilərlə təhlükəsizlik qüvvələri, dövlət müəssisələrinin mühafizəçiləri və polis arasındakı toqquşma davam edir. Qarışıqlıq cümə günü, 25 yanvar inqilabının ikinci ildönümü zamanı artıq Misir küçələri üçün ənənəvi olan "Konstitusiyanın ləğvi" və "Rejimin süqutu" şüarları ilə başlayıb. Lakin ən qanlı toqquşmalar ötən şənbə Port-Səiddə baş verib. Toqquşmaya səbəb təxminən bir il əvvəl Port-Səid stadionlarından birində azarkeşlərin törətdikləri münaqişə səbəbilə ölümə məhkum olunmalarıdır. Port-Səid küçələrindəki nümayişçilərin sakitləşdirilməsi üçün buraya qoşun yeridilib.

Sizin Reklam Yeriniz