Əlaqə Arxiv
news Image
2013.01.29
11:59
| A A A
“Kürdlərin Manifesti”

PKK  lideri Abdulla Öcalan Türkiyə Konstitusiya Məhkəməsinə müraciət edib.PKK lideri Konstitusiya Məhkəməsinin ona kitab çapında yardımçı olmasını istəyib.  Abdulla Öcalan "Kürdlərin Manifesti" adlı əlyazmasını kitab şəklində çap etdirməyə icazə ala bilmədiyi üçün zərərçəkmiş olduğunu bildirib. Türkiyə vətəndaşı olduğu üçün şəxsi müraciət etmək haqqı olduğunu əsas götürən Abdulla Öcalanın müraciətinə Konstitusiya Məhkəməsi də mənfi yanaşmayıb. Müraciət ilkin araşdırmaya cəlb olunub. Abdulla Öcalanla aparılan araşdırmada müraciətdə bəzi çatışmazlıqların olduğu bildirilib və həmin çatışmazlıqları aradan qaldırmaq üçün vaxt verilib. Müraciətdəki çatışmazlıqlar aradan qaldırdıqdan sonra Konstitusiya Məhkəməsi Abdulla Öcalanın müraciətinə rəsmən baxmaq üçün gündəliyinə salacaq. Əgər Abdulla Öcalan haqlı sayılarsa, əlyazması kitab şəklində dərc edildikdən sonra bu xəbər şəxsən Abdulla Öcalan tərəfindən cəmiyyətə açıqlanacaq.

Sizin Reklam Yeriniz