Əlaqə Arxiv
news Image
2013.01.29
14:50
| A A A
Bəşər Əsəd yoldaşının hamiləliyini təsdiqləyib

Movqe.az xəbər verir ki, Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşının hamilə olması iddiaları artıb. Livanda dərc olunan Suriya tərəfdarı Əl Akbar qəzetinin xəbərinə görə, Bəşər Əsəd adı açıqlanmayan "qonaqlar" a verdiyi açıqlamada, yoldaşının hamilə olduğunu söyləyib. Qəzet, hamiləlik iddiaları ilə əlaqədar başqa məlumat verməyib. 37 yaşındakı Əsma Əsəd ilə Bəşər Əsəd cütlüyünün üç kiçik yaşlı uşağı var. Əsma Əsədin hamilə olduğuna dair iddialar əvvəllər ortaya atılmışdı. Noyabr ayında çıxan xəbərlərdə Əsma Əsədin beş aylıq hamilə olduğu ifadə edilmişdi. Əgər bu tarix doğrudursa Esad cütlünün körpəsi mart ayında dünyaya gələcək.
Aylardır ictimaiyyət qarşısına çıxmayan Əsma Əsədin təhlükəsizlik səbəbiylə ölkəni tərk etdiyi iddia edilib.

Sizin Reklam Yeriniz