Əlaqə Arxiv
news Image
2013.01.29
16:21
| A A A
“İsmayıllıda vəziyyətin yenidən gərginləşməsi barədə informasiyalar əsassızdır”

"İsmayıllıda vəziyyətin yenidən gərginləşməsi barədə yayılan informasiyalar doğru deyil". Bu sözləriAPA-ya açıqlamasında rayon polis şöbəsinin rəisi, polis polkovniki Nizami Qocayev deyib.

N. Qocayev qeyd edib ki, hazırda rayonda vəziyyət normaldır: "Heç bir gərginlikdən söhbət gedə bilməz. İsmayıllıda vəziyyət tam nəzarət altındadır və hər kəs öz işi ilə məşğuldur".

O, rayonda kütləvi həbslərin aparılması barədə məlumatlara da münasibət bildirib: "Rayonda aparılan həbslərlə bağlı heç nə deyə bilmərəm. Tərəfimizdən heç kim saxlanılmayıb. Bu işin istintaqı Respublika Prokurorluğu tərəfindən aparılır. Ona görə də mən bu barədə heç nə deyə bilməyəcəm".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isəAPA-ya bildirilib ki, İsmayıllıda baş verən hadisələrlə bağlı başlanmış cinayət işi üzrə bu gün DİN və Baş Prokurorluğun birgə məlumat yayması gözlənilir.

Sizin Reklam Yeriniz