Əlaqə Arxiv
news Image
2013.01.30
10:58
| A A A
Dünya bazarında neftin qiyməti qalxıb

Dünya bazarında neftin qiyməti, yanvarın 29-u çərşənbə gününə olan ticarət nəticələrinə görə, ABŞ-da daşınmaz əmlakın qiymətində müşahidə olunan artım və Misirdə davam edən qeyri-sabit vəziyyətin fonunda qalxıb. Bu barədə Bloomberg agentliyi xəbər verir.

Brend markalı neftin bir barelinin mart fyuçerslərinin qiyməti 0.88 dollar qalxaraq 114.36 dollar olub. WTI neftinin bir barelinin mart fyuçerslərinin qiyməti isə 1.13 dollar artaraq ötən ilin 14 sentyabrından etibarən ən yüksək göstərici olan 97.57 dollar təşkil edib.

Ötən gün məlum olduğu kimi, 2012-ci ilin noyabrında ABŞ-da daşınmaz əmlakın qiyməti ötən ilin noyabrına nisbətən 5.5 % artıb ki, bu da illik hesablamaya görə son altı il ərzində ən yüksək göstərici hesab olunur. Bundan əlavə, məlumatda deyildiyi kimi, qiymətləri qalxmasına narahat günlər yaşayan Misirin müdafiə nazirinin siyasi qeyri-sabitliyin dövlətin iflasına səbəb ola biləcəyi barədə olan bəyanatı da təsir edib.

Misir neftin dəniz yolu ilə daşınması üzrə aparıcı kanallardan olan Süveyş kanalına nəzarət edir.

Sizin Reklam Yeriniz