Əlaqə Arxiv
news Image
2013.01.30
18:00
| A A A
Rusiyada sakit "bəyaz gecələr" dövrü başlayır
Movqe.az xəbər verir ki, "Bəyaz Gecələri" ilə məşhur Rusiyanın mədəniyyət paytaxtı St. Peterburqda artıq gecələri səs-küy edənlərə ağır cəzalar verilməsi nəzərdə tutulur. Çarların şəhəri St. Peterburqda gecə yüksək səslə mahnı dinləmək, qışqırıb bağırmaq, təmir etmək, əşyaları gurultulu şəkildə daşımaq, itlərin hürməsi və ya pişiklərin miyovlaması qadağan edilib. St.Petersburq  Qanunvericilik Məclisinin qəbul etdiyi son tənzimləməyə görə səssiz olunması lazım olan saatda gecə 23.00-dən səhər 07.00-ə kimi səs-küy edənlərlə əlaqədar şikayət qəbul edildidə əvvəl sözlə xəbərdarlıq ediləcək, bu hal təkrar olduqda isə 500- 4 min rubl (16-130 dollar) arasında cərimə ödəniləcək. Rəsmi vəzifəlilər üçün cəzalar 5-10 min rubla (150-300 dollar) qədər, şirkətlər üçün 25-50 min rubl (900-1700 dollar) kimi ağır pul cəzaları nəzərdə tutulur. Beləcə şəhərdə iki il əvvəl tətbiqə qoyulan sükutla əlaqədar qanun genişlədilmiş cəzalar da ağırlaşdırılmış olub. Yeni qanunda heyvanların gecə gəzdirilməsi də qadağalar arasındadır.
Sizin Reklam Yeriniz