Əlaqə Arxiv
news Image
2013.01.31
10:15
| A A A
Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilib

2013-cü il yanvar ayının 30-da Azərbaycan Respublikası Dövlət Neft Fondunda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir.

İclas zamanı Çoxtərəfli Qrupun üzvləri tərəfindən Azərbaycanda MHŞT-nin tətbiqi üzrə illik hesabatla bağlı (2012-ci il üzrə), Azərbaycanın MHŞT-yə qoşulmasının 10 illik yubileyi münasibətilə MHŞT üzrə Beynəlxalq Konfransın Bakıda keçirilməsi, Sidneydə keçiriləcək VI Qlobal Konfrans çərçivəsində keçiriləcək Milli Sərgiyə hazırlıq və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.

Sizin Reklam Yeriniz