Əlaqə Arxiv
news Image
2013.01.31
14:20
| A A A
Xuraman nənə olacaq…

Şok hadisələrin cərəyanı ilə hər həftə evlərinizin qonağı olan "Məhkumlar" bu həftə daha maraqlı hadisələrlə yaddaşlarınızda qalacaq. "Məhkumlar" bədii serialının 17 bölümündə həbsxana həyatı yaşamağa məhkum olan Bəhram türmədə oğlu ilə qarşılaşacaq. Oğlu Qaliblə qarşılaşan Bəhram şok yaşayacaq. Bəhramın gözlərini açıb, bütün məsələlərdən öz xeyrinə istifadə etməyi bacaran Adil iş sferasına girmək, iş adamı olmaq haqqında təklif alacaq. Həyatın məhkumuna çevrilən, saf sevgi ilə bir-birinə bağlı olan gənclər, Röya və Xəqani sevgisində xoşagəlməz hallar, yeni olaylar yaşanacaq. Xəqani seçim qarşısında qalacaq. Tünzalə və Solmaz arasında yeni insident yaşanacaq. Tünzalənin "ikili oynadığı" ortaya çıxacaq. Pis vəziyyətdə qalan Tünzalə özünü vəziyyətdən çıxartmaq üçün sonradan tufanlar qopardacaq, yeni olaylara səbəb olacaq, qiyamətlər, qırğınlar yaradacaq, necə nifaqlara səbəb olacaq xəbəri açıqlayacaq. Rüstəm atasının qətlini araşdırmağa qərar verir. Yeni araşdırma aparmağa başlayan Rüstəm bu barədə Adil ilə danışır. Bu bölümün şok hadisələrindən biri isə Xuramanın nəvəsi olmasını öyrənməsidir. Artıq bunu kimdən, necə öyrənir, reaksiyası necə olur, nə kimi addımlar atmağa hazırlaşır – Bütün bunları "Məhkumlar"ın 17 bölümünü izləyib, öyrənə biləcəksiniz.


Sizin Reklam Yeriniz