Əlaqə Arxiv
news Image
2013.02.01
10:45
| A A A
Dövlət Miqrasiya Xidməti Gürcüstan vətəndaşı olan azərbaycanlılarla bağlı yaranmış problemə aydınlıq gətirib

Dövlət Miqrasiya Xidməti gürcüstanlı soydaşlarımızla bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sözügedən qurumdan verilən məlumata görə, son zamanlar miqrasiya sahəsində qanunvericiliyin tətbiqi ilə bağlı qəsdən müxtəlif məzmunlu şayiələr yayılaraq, Gürcüstan vətəndaşı olan azərbaycanlılar arasında əsassız narazılıq yaratmaq cəhdləri müşahidə olunur.
Belə ki, Gürcüstanda yaşayan azərbaycanlıların ölkəmizə gediş-gəlişi zamanı çətinliklərlə üzləşmələri, həmin şəxslərin Azərbaycanda müəyyən olunmuş müddətdən artıq qalmalarına görə iri məbləğdə cərimələnmələri bildirilir.
Dövlət Miqrasiya Xidməti bir daha xatırladır ki, Gürcüstanla Azərbaycan arasında vizasız gediş-gəliş qaydası tətbiq olunduğu üçün həmin ölkənin vətəndaşları Azərbaycanda 90 günədək qala bilərlər.
Eyni zamanda miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş 980 nəfər Gürcüstan vətəndaşı cərimələrdən azad edilib.
"Dövlət Miqrasiya Xidməti bildirir ki, həqiqətə uyğun olmayan məlumatların yayılması provokasiya xarakteri daşıyır və ictimai-siyasi vəziyyətin gərginləşdirilməsinə yönəlib" - deyə məlumatda qeyd olunur.

Sizin Reklam Yeriniz