"Disko Nəriman” ləqəbli kriminal avtoritet həbs edilib
Azərbaycanda daha bir kriminal avtoritet həbs edilib. Bu barədə
APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib. Daxili İşlər
Nazirliyi və Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının birgə
həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum
olunmuş, kriminal avtoritet Nəriman Kərim oğlu Qurbanəliyev
tutulub. Onun üzərindən, yaşadığı evdən və avtomobilindən müxtəlif
miqdarda narkotik vasitə və qaz tapançası aşkar edilərək
götürülüb. Qeyd edək ki, N. Qurbanəliyev kriminal aləmdə
"Disko Nəriman" adı ilə tanınır. O, son vaxtlar Zaqatalada "obşak"a
baxıb və həbsdə olan avtoritetlərə pul toplayırmış.
Onu da əlavə edək ki, "obşak" kriminal aləmin maliyyə vəsaitinin cəmləşdiyi ümumi büdcədir.
Onu da əlavə edək ki, "obşak" kriminal aləmin maliyyə vəsaitinin cəmləşdiyi ümumi büdcədir.