Azərbaycanın ərazisindən NATO-nun apardığı İSAF əməliyyatı çərçivəsində Əfqanıstana indi də yüklər daşınır və Azərbaycan tərəfindən müxtəlif xidmətlər göstərilir. Bu barədə Azərbaycan xarici işlər nazirinin müaviniAraz Əzimov deyib.
O qeyd edib ki, Azərbaycan bu imkanı öz töhfəsi kimi təqdim
edib. Bu tranzit imkanlardan NATO-ya üzv ölkələr, tərəfdaş ölkələr
istifadə edir.
"Düzdür ki, 2014-cü ilin axırına kimi İSAF qoşunları Əfqanıstandan
çıxacaq və yüklərin bir hissəsi Azərbaycanın təmin etdiyi tranzit
dəhlizdən çıxarılıb Avropaya və digər ölkələrə qayıdacaq. Bu artıq
indi istifadə edilir.
Lakin daha böyük miqyasda yüklər 2013-cü ilin ikinci yarısından
daşınmağa başlayacaq. Çünki bir il ərzində, yəni 2014-cü ilin
ərzində bütün qoşunların çıxarılması planlaşmış şəkildə olmalıdır.
Birdən-birə hamının çıxarılması mümkün deyil. İSAF bu ilin sonuna
qədər qalmalıdır və öz missiyasını yavaş-yavaş Əfqanıstan
hökumətinə təhvil verilməlidir".
A.Əzimov bildirib ki, Əfqanıstan hökuməti bütün imkanları ona
yönəldib ki, ölkənin bütün ərazisinə öz suveren nəzarəti sirayət
etsin və təhlükəsizliyin təminatı məsələsinə özü nəzarət etsin. Bu
proses indi də davam edir və demək olar ki, 90 faiz yerinə yetirib.
Biz də öz tərəfimizdən Əfqanıstanla bütün istiqamətlərdə əməkdaşlıq
edirik və əməkdaşlığı davam etdirməyə hazırıq".