Əlaqə Arxiv
news Image
2013.02.06
13:33
| A A A
Azərbaycan 2014-cü ildə Avropa Şurasına sədrlik edəcək

Azərbaycan hazırda bütün beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil olunur.Bunu Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, AŞPA-nın vitse-prizedenti, deputat Səməd Seyidov Azərbaycan nümayəndə heyətinin Polşaya səfərinin yekunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında bildirib.

O deyib ki, Azərbaycan 2014-cü ildə Avropa Şurasına sədrlik edəcək. Ölkəmizdə ötən il Avronest Parlament Assambleyasının iclası çox uğurla keçirilib. Azərbaycan indi Avropa strukturlarında ən öndə gedən ölkələrdən birinə çevrilib. Bu nöqteyi-nəzərdən Azərbaycan-Polşa münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Polşada bu istiqamətdə işlər yüksək səviyyədə təşkil olunur."

Onun sözlərinə görə, bu ölkəyə səfər zamanı Seymin 5 üzvü ilə görüş keçirilib.

Sizin Reklam Yeriniz