Əlaqə Arxiv
news Image
2013.02.07
12:10
| A A A
Etik davranış qaydalarını pozan yerli icra hakimiyyəti orqanların adları açıqlanıb

Azərbaycanda etik davranış qaydalarını pozan yerli icra hakimiyyəti orqanların adları açıqlanıb. Bunu "Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın illik hesabatı və dövlət qulluqçularının etik davranış məsələləri üzrə illik hesabat" mövzusunda keçirilən "dəyirmi masa"da komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov bildirib: "Ötən il yerli icra hakimiyyəti orqanlarında etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilmiş 76 intizam tənbeh tədbirinin araşdırılması zamanı müəyyən olunub ki, Bakı şəhər İcra Hakimiyyəti üzrə 25, Beyləqan Rayon İcra Hakimiyyəti üzrə 13, Masallı Rayon İcra Hakimiyyəti üzrə 8, Şəki Şəhər İcra Hakimiyyəti üzrə 8, Daşkəsən Rayon İcra Hakimiyyəti üzrə 7, Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti üzrə 5, Kəlbəcər Rayon İcra Hakimiyyəti üzrə 4, Salyan Rayon İcra Hakimiyyəti üzrə 3, Ağdaş Rayon İcra Hakimiyyəti üzrə 2,Tərtər Rayon İcra hakimiyyəti üzrə 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib. Yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilmiş 76 intizam tənbeh tədbirindən 62-si töhmət, 14-ü dövlət qulluğundan azad edilmə növündə olub."

Sizin Reklam Yeriniz