Ticarət mərkəzində dəhşətli hadisə
Movqe.Az bildirir ki, İngiltərədə bir
ticarət mərkəzində qəza baş verib. Alış-veriş mərkəzində
gəzən bir adam, üçüncü mərtəbədən aşağı həmin an birinci mərtəbədə
gəzən başqa bir adamın üzərinə düşüb. Qəza İngiltərənin paytaxtı
Londondakı "Westfield Stratford" ticarət mərkəzində baş verib.
Şahidlər, üçüncü mərtəbədən düşən adamın 'atlandığını' bildiriblər.
Onların polisə verdiyi məlumata görə, adamın düşmədən əvvəl üçüncü
mərtəbənin balkonundan qışqırdığını söyləyiblər. Hadisə zamanı
alış-veriş mərkəzində olan bir adam isə "Twitterə" "yıxılmadı,
atlandı. Bu bir intihar cəhdidir" yazıb. Hadisə ilə əlaqədar
araşdırma davam edir. Qəzadan sonra xəstəxanaya aparılan ki adamın
da vəziyyəti ağırdır.