Əkrəm Əylisli “Drujba narodov” jurnalında yeni əsər çap etdirməyə hazırlaşır-Eksklüziv
"Mənim "Möhtəşəm tıxac"kitabım geniş oxucu kütləsi üçün çap
olunmadığı halda, bu kitabın ictimai müzakirəyə çıxarılması
yolverilməzdir. Bu mənim müəllif hüququmun pozulmasıdır. Mən bu
kitabı 50 nüxsə çap edib rəy öyrənmək üçün ədəbiyyatçılara
paylamışam. İndi bu kitabı kimsə əlinə keçirib ictimaiyyətin
müzakirəsinə çıxarırsa, bu yalnış addımdır. Axı mən bu kitabı
ədəbiyatçıların fikir, rəylərindən sonra yenidən işləmişəm".
Bu sözləri Movqe.az-a son günlər "Daş yuxular"ın da yer aldığı triologiya ilə bağlı yayılan məlumatlara münasibətində Əkrəm Əylisli bildirib. O qeyd edib ki, triologiyanın müzakirəsini geniş oxucu auditoriyası üçün nəzərdə tutmayıb: "O kitabı ictimaiyyətin müzakirəsinə çıxartmaq mənim hüququmdur. Amma mənim müəlliflik hüququmu pozaraq mənim məhdud sayda çap etdirdiyim kitabı ictimaiyyətə yayırlar, müzakirə edirlər. Bu düzgün deyil".
Əkrəm Əylisli kitabın nəşrindən də danışdı: "Mən Moskvada "Drujba narodov" jurnalından bu kitabın, yəni "Möhtəşəm tıxac"ın çap olunması ilə bağlı xahiş etmişəm. Onlar da mənim xahişimlə bu kitabı bu il çap etməyə razılıq veriblər. Amma mən yəqin ki, yenidən onlardan bu kitabın nəşrinin prezident seçkilərindən sonra çap edilməsi üçün xahiş edəcəyəm ki, kimlərsə bundan istifadə etməyə çalışmasınlar. Ola bilər ki, mən ümumiyyətlə bu kitabın çapından imtina etdim".
Xatırladaq ki, "Daş yuxular"ın da yer aldığı triologiya ilə bağlı məlumat musavat.com saytında yer almışdı.