Kilsədə "Pokemon GO" oynayan rus videobloggerə 3,5 il həbs tələbi

28 Aprel 2017 20:00 (UTC+04:00)

Rusiyanın Yekaterinburq şəhərinin Verx_İsetsk rayon məhkəməsində Ural Humanitar İnstitutunun hüquq fakültəsinin tələbəsi, videoblogger Ruslan Sokolovskiyə məhkəmə qurulub.
 
Movqe.az xəbərinə görə, 22 yaşlı Ruslan şəhərdəki pravoslav kilsələrindən birində "Pokemon GO" oyunu oynadığına və bunu çəkərək "Youtube"da yerləşdirdiyinə görə həbs edilib. O, özünü təqsirli bilmir.

 
Vəkili Aleksey Buşmakov bildirib ki, prokuror Sokolovskini inanclı adamların hisslərini təhqir etməkdə, nifrət və düşmənçiliyi qızışdırmaqda təqsirli bilərək 3,5 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edib.
 
Məhkəmə müşavirəyə gedib.
 
Qeyd edək ki, "Amnesty International" təşkilatı Ruslan Sokolovskini vicdan məhbusu olaraq tanıyıb.

lent.az