Anasını boğaraq öldürdü: Yuxuda "əmr" verilib

28 Aprel 2017 21:00 (UTC+04:00)

Hadisə Türkiyənin Bursa şəhərində baş verib.
Movqe.az publika.az-a istinadən xəbər verir ki, 24 yaşlı Bursa sakini Aykut Sevinc 55 yaşlı anasını boğaraq qətlə yetirib.
Hadisəni törətdikdən sonra küçəyə qaçaraq "mən anamı öldürdüm" deyə qışqıran oğlanın səsinə çıxan qonşular dərhal polisə xəbər veriblər.
Hadisə yerinə gələn polisin araşdırmalarından sonra məlum olub ki, 24 yaşlı Aykut narkotik aludəçisi olub. Polisə verdiyi ifadəsində, yuxusunda anasını öldürməsi "əmr" olunduğunu deyib.