"Zirə" Avroliqada, "Qəbələ" ilə "Neftçi" uduzdu

29 Aprel 2017 19:25 (UTC+04:00)

 

Bu gün Azərbaycan Premyer Liqasında 2016/17 mövsümə yekun vurulacaq.

Movqe.az Goal.az-a istinadla xəbər verir ki, Avropa Liqasına vəsiqə verən 4-cü yerin sahibi bu gün müəyyənləşib. "Zirə” AZAL-a qalib gəlməklə Avroliqaya vəsiqəni təmin edib.

Digər oyunlarda "Kəpəz" "İnter"ə, "Sumqayıt" "Qəbələ"yə qalib gəlib.

Tura və mövsümə "Neftçi" - "Qarabağ" matçı ilə yekun vurulub. Oyun qonaqların 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

 

Azərbaycan Premyer Liqası, 28-ci tur

29 aprel

16:00 Kəpəz - İnter 1:0

Qol: Dario Federiko, 49.

 

Hakimlər: Rəhim Həsənov, Vüqar Bayramov, Azər Əsgərov, Ramil Əhmədov

 

Gəncə şəhər stadionu

 

16:00 Sumqayıt - Qəbələ 2:1

Qollar: Amil Yunanov, 27. Mirabdulla Abbasov, 29 - Asif Məmmədov, 40.

 

Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rauf Cabbarov

 

Sumqayıt. Şəhər stadionu

 

 

16:00 AZAL - Zirə 0:3

Qol: Elvin Məmmədov, 34. Milan Duriç, 54. Təmkin Xəlilzadə, 83-p.

 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Diniyev

 

"AZAL Arena”

 

17:00 Neftçi - Qarabağ 1:2

Qol: Herrero, 89 - Riçard Almeyda, 47. Ruslan Abışov, 61-a/q.

 

Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Elman Musayev, Orxan Məmmədov

 

"Bakcell Arena"