Hikmət Hacıyev: Bakı marafonu həmrəyliyin nümunəsi oldu

30 Aprel 2017 19:52 (UTC+04:00)

Bakı marafonu həmrəyliyin nümunəsi oldu.

Bu barədə jurnalistlərə acıqlamasında Azərbaycan XIN-in rəsmi numayəndəsi Hikmət Haciyev bildirdi.

"Gənclər, ölkəmizdə olan turistlər, hamımız birlikde bu təşəbbüsü həyata keçirdik. Bu marafonun loqosunda deyildiyi kimi tixaca və küləyə qalib gəldik. Marafon idmanın və sağlamlığın təşviq olunmasıdır. Ümidvarıq ki, bu layihə gələcəkdə də davam etdiriləcək."- deyə Hacıyev bildirdi.

Onun sözlərinə görə, marafonu sonadək başa çatdırıb.