İmtahana buraxılmayan abituriyentlərin sayı açıqlandı

1 May 2017 09:51 (UTC+04:00)

Ötən gün II və III ixtisas qrupları üzrə ali məktəblərə keçirilən qəbul imtahanında üç abituriyent imtahan binasına buraxılmayıb.  Bu barədə Movqe.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə məlumat verib. Onun sözlərinə görə, abituriyentlərin yoxlanılması zamanı onların imtahan binasına mobil telefonla daxil olmaq istədikləri üzə çıxıb: "Hər üç abituriyent barəsində protokol tərtib olunub. Onlar imtahan binasından kənarlaşdırılıb". 

Qeyd edək ki, ötən gün Dövlət İmtahan Mərkəzinin (DİM) 2017-2018-ci tədris ili üçün  II və III ixtisas qrupları üzrə Azərbaycan ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.

Zülfiyyə QULUYEVA