Azərbaycan Yurddaş Partiyası illik hesabatı təqdim edib

1 May 2017 12:08 (UTC+04:00)

Azərbaycan Yurddaş Partiyası 2016-cı il üçün maliyyə vəziyyəti haqqında hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib. Partiyadan movqe.az-a verilən məlumata görə, 2016-cı ildə Azərbaycan Yurddaş Partiyasının cəmi gəlirləri və cəmi xərcləri 0 (sıfır) manat təşkil edib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.