4 güləşçimiz Avropa Çempionatında mübarizəyə qoşulacaq

2 May 2017 13:43 (UTC+04:00)

Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı start götürüb. 

İlk yarış günündə 57 və 86 kq sərbəst, 48 və 63 kq çəki dərəcəsində isə qadın güləşçilər mübarizə aparacaq.

İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq final görüşləri AZTV və İdman Azərbaycan kanalından canlı yayımlanacaq. 

57 kq

1/8 final - Dzimchyk Rynchynau (BLR) - Giorgi Edişeraşvili 

86 kq

1/8 final - Aleksandr Qostiyev - Zbigniew Mateusz Baranovski (POL)

48 kq

1/8 final - Mariya Stadnik - Anna Lukasiak (POL)

63 kq

1/8 final - Elmira Qəmbərova - Henna Katarina Johansson (SWE)