"Verilişin bağlanmasının səbəbi..." - Turan ittihamlara cavab verdi

2 May 2017 16:24 (UTC+04:00)

Tanınmış telejurnalist Turan İbrahimov aparıcısı olduğu “ATV səhər” proqramının bağlanması ilə bağlı mətbuatda yayılan iddialara aydınlıq gətirib.

Movqe.az xəbər verir ki, aparıcı AzVision.az-a açıqlamasında bildirib ki, veriliş efirdə səsləndirdiyi fikirlərə görə qapadılmayıb.

“Efirdə nə söyləmişəmsə, hamısı göz qabağındadır. Verilişin dayandırılma səbəbinə gəlincə, buna rəhbərlik qərar verdi. Təfərrüatlara varmaq istəmirəm. Mən ATV-dəyəm, işimin başındayam, komanda yerindədir. Sadəcə olaraq veriliş yayımını dayandırır. İndi kim ürəyi necə istəyir, nəyi necə yozur, qoy yozsun. Hərə öz məntiqi ilə məsələlərə yanaşır. Problem yoxdur, hər şey yaxşıdır, hər şey əladır. Hər kəs özünə uyğun hadisədən, baş verəndən pay çıxamaq istəyir. Səbrli olaq, hər şeyi zaman göstərəcək”,-deyə T. İbrahimli bildirib.

Qeyd edək ki, yerli KİV-lərdə yayılan məlumatlara görə, “ATV səhər” proqramı Turan İbrahimovun bəzi dövlət rəsmilərini tənqid etməsi, müxalifyönlü fikirlər səsləndirməsi səbəbindən bağlanıb.