Azərbaycanlı müğənni bir gündə iki hədəfi nişanladı – FOTOSESSİYA

25 Aprel 2012 14:02 (UTC+04:00)


Dünən gənc ifaçı Mehin Hümbətova həm doğum gününü qeyd etdi, həm də yeni mahnısına çəkilən yeni klipinin təqdimt mərasimini keçirdi. Movqe.Az xəbər portalının məlumatına görə, tədbirin aparıcısı tanınmış televiziya aparıcısı, Mehinin bacısı Günel Hümbətova səbəbkarı təbrik etdi və onun yeni işi haqqında qısa məlumat verdi. G.Hümbətova bildirdi ki, sözləri və musiqisi Muxtar Abseynova məxsus olan "Duy" mahnısına çəkilən klip Mehinin gündəlik həyat fəaliyyətinə uyğun çəkilib.

Klip nümayiş olunandan sonra M.Hümbətova jurnalistlərin suallarına cavab verdi. M.Hümbətova klip ilə bağlı təsürratlarından danışdı: "Klipin süjet xətti mənim gündəlik həyatımdan götürülüb. Adətən fotosessiya çəkilişlərində olmağımı, dostlarımla əylənməyimi, o cümlədən, vaxtımın çox hissəsini tək qaldığım üçün dəniz kənarına gedirəm ki, bütün bunlarda klipdə əks olunub. Üstəlik, klipdə şıltaq Mehin obrazını yaratmışam. "Duy" adlı mahnının sözləri və musiqi müəllifi Muxtar Abseynovundur, klipin rejissoru isə Ceyhun İbrahimoğludur. Mahnının sözlərində kiçicikdə olsa, mənim də öz payım var", - gənc ifaçı dedi.

M.Hümbətova tədbirdə yaşıl rəngli donda diqqət çəkirdi ki, geyimi ilə bağlı da sual ünvanladıq. Səbəbkar geyimi haqqında qısa olaraq, "Bu gün geyindiyim paltar modelyer Stella xanıma məxsusdur. Bundan sonra da həmin modelyerin əl işlərindən yararlanacağam. Klipdə geyindiyim paltarlar isə öz qarderobuma məxsusdur", - M.Hümbətova söylədi.

M.Hümbətova, onun üçün klip doğum günü hədiyyəsi olduğunu dedi və yaxın günlərdə yeni klipinin də hazır olacağını Movqe.Az-a bildirdi: "Bu gün həmçinin 19 yaşım tamam oldu. Ona görə də, klipin montaj işlərini bu günə çatdırdıq ki, ikisini birgə qeyd edək. Klipi bu gün təqdim olundu ki, bu da bir növ doğum günümün hədiyyəsidir. Klipi 3 günə çəkdik və bir həftəyə hazır oldu. İnşallah, ardı olacaq... Ardı deyib, yaradıclığımı nəzərdə tuturam. Belə ki, gənc ifaçı Sadiq Məmmədovla ifa etdiyimiz duet mahnının klip çəkilişlərinə başlayacağıq".

Tədbirin rəsmi hissəsindən sonra bədii hissəsinə keçid oldu. Elə səhnəyə ilk çıxan da Mehin özü oldu. O, həmkar dostlarını, doğmalarını ətrafına toplayaraq, üzərində "19 yaş" həkk olunan şirniyyatı kəsdi. Ümumiyyətlə, tədbir xoş əhval-ruhiyyədə keçdi.

Onu da qeyd edək ki, tədbirin aparıcısı G.Hümbətova da geyimi ilə nəzərdən yayınmırdı. Onun geyindiyi ipək paltarın üzərində pələng dərisinin naxışları diqqət çəkirdi.

Tədbirdə Azərbaycan mədəniyyət və incəsənət nümayədələri iştirak edirdilər. Belə ki, əməkdar artist Gülüstan Əliyeva, müğənnilər Əbdül Xalid, Emin Bədəlov, Elvin Abdullayev, Leyla Ramazanlı, Sadiq Məmmədov, Gülay Qədirova ilə həyat yoldaşı Kamil, o cümlədən, tar ifaçısı Humay Qədimova, rejissor Asif Abramov və başqaları Mehini təbrik etmək üçün tədbirə gəlmişdilər.

Qeyd edək ki, tədbirin təşkilatçısı M.Hümbətovanın mətbuat katibi Ceyhun Məhərrəmovdur.

Fuad Mədətov

Movqe.Az

























FOTO: Fuad Mədətov