Şagird sinifin ortasında sevdiyi qızı öldürdü - Son WhatsApp mesajı üzə çıxdı - VİDEO

5 May 2017 13:47 (UTC+04:00)

Türkiyənin Bursa şəhərinin mərkəzi Osmangazi mahalında lisey şagirdi eyni sinifdə oxuğu sevgilisini silahla öldürdükdən sonra öz başına atəş edərək intihara cəhd edib. 

Miovqe.az  milli.az-a istinadən xəbər verir ki, H.Ç. (16) səhər erkən saatlarında gəldiyi məktəbdə, aralarında problem olduğu öyrənilən sevgilisi Nilüfer Acarı (16) yanında gətirdiyi silahla hər kəsin gözləri qarşısında güllələyib.

H.C daha sonra eyni silahı başına diriyərək özünü öldürmək istəyib.

Hadisə yerinə gələn 112 Təcili Xidmət qrupları Acarın həyatını itirdiyini müəyyənləşdirib. Ağır yaralanan H.C isə xəstəxanaya çatdırılıb.

Məktəbdəki digər şagirdlər isə evlərinə göndəriliblər. Polislər hadisə ilə əlaqədar istintaqı davam etdirir.

WhatsApp MESAJI ORTAYA ÇIXDI

Həsən C.-nin sinifin oğlan şagirdlərinin Whatsapp qrupuna "Nilüferi vurmağa gəlirəm" yazdığı ortaya çıxıb.